Tonuby Group haqqında
2022-ci ildən bəri sərgi stendləri, məhsul stendləri, showroom və digər kommersiya məkanlarını ideyadan quraşdırmaya qədər tam dövrlə hazırlayırıq.
Tonuby Group 2022-ci ildən etibarən brendlər və bizneslər üçün kommersiya məkanlarının dizaynı, istehsalı və vizual təqdimatı sahəsində fəaliyyət göstərir. Showroomlar, sərgi stendləri, məhsul və satış stendləri, 3D maketlər, çöl reklam həlləri, promo məhsullar və müxtəlif istehsal xidmətləri təqdim edirik. Məqsədimiz sadəcə məhsul istehsal etmək deyil, brendin kimliyini real məkanda düzgün əks etdirən funksional və diqqətçəkən həllər yaratmaqdır. Hər layihəyə ideyadan başlayaraq dizayn, istehsal və quraşdırma mərhələlərini vahid proses kimi yanaşırıq.
Missiyamız
Brendinizi real məkanda daha güclü və yadda qalan şəkildə təqdim edirik.
Showroom, sərgi stendi, məhsul stendi və digər kommersiya məkanlarını ideyadan dizayna, istehsaldan quraşdırmaya qədər həyata keçiririk.











